BAKI, 19 avqust. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Suriyaya Türkiyə ərazisi ilə 735,30 milyon kubmetr təbii qaz nəql edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, təkcə iyunda Suriyaya ixrac edilən qazın həcmi 162 milyon kubmetrə bərabər olub.
Birinci yarımildə Suriyaya ixrac Türkiyənin ümumi qaz ixracında 66,49%, təkcə iyunda isə 81,04% paya sahib olub.
Qeyd edək ki, Azərbaycan 2025-ci ilin avqustundan Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya təbii qaz ixracına başlayıb. Ötən ilin avqustunda Suriyaya 59,56 milyon kubmetr təbii qaz ötürülüb.