BAKI, 7 avqust. TELEQRAF

Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il mayın 21-də Bakıda imzalanan Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Tacikistanın Təhsil və Elm Nazirliyi arasında saziş qüvvəyə minib.

Təhsil mübadiləsi və əməkdaşlığı gücləndirməyi hədəfləyən sənədin icrası Elm və Təhsil Nazirliyinə, zəruri prosedurların yerinə yetirilməsi isə Xarici İşlər Nazirliyinə tapşırılıb.