BAKI, 6 avqust. TELEQRAF

Azərbaycanın aparıcı pomidor ixracatçısı “Agroterm” MMC nizamnamə kapitalını 18,1 milyon manat və ya 9,7 dəfə azaldıb.

Teleqraf xəbər verir ki, şirkət kapitalının 20 milyon 262 min 455 manatdan 2 milyon 100 min manata endirib.

Xatırladaq ki, “Agroterm” MMC ötən il də nizamnamə kapitalını 2 milyon 100 min manat azaldaraq 20 milyon 262 min 455 manat səviyyəsinə endirmişdi.

Qeyd edək ki, “Agroterm” MMC 2017-ci il aprelin 14-də dövlət qeydiyyatına alınıb və Azərbaycanın ən iri pomidor istehsalçısı və ixracatçılarından biri hesab olunur. Şirkətin hazırkı qanuni təmsilçisi İsmayılov Teymurdur.