BAKI, 7 avqust. TELEQRAF
Azərbaycanda “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər təsdiqlənib.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Qanunu imzalayıb.
Qanunvericiliyə edilən əsas düzəlişlərlə qüvvədə olan bəzi maddələrdəki "Audiovizual" sözü "Media və Yayım" ifadəsi ilə əvəz olunub. Bununla da ölkədə media və yayım sahəsində səlahiyyətli dövlət orqanı rəsmən Şura elan edilib.
Yeniliyə əsasən, qurumun rəhbər heyətinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə təsdiqlənib:
"2.14. 49.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Şura sədri 12000 manat məbləğində, sədr müavinləri 11000 manat məbləğində, Şuranın digər üzvləri isə 9000 manat məbləğində aylıq vəzifə maaşı alırlar".