2026-cı ilin yanvar – iyul ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.

Xidmətdən Teleqraf-a verilən məlumata görə, bu göstərici proqnoza nisbətən 848,1 milyon manat çoxdur.

2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 913,3 milyon manat və ya təxminən 8,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib. Büdcəyə proqnozdan əlavə 251,8 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 898,4 milyon manat və ya 11,8 faiz artıb.