BAKI, 31 iyul. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın İrəvandakı səfiri Olivye Dekotini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər son illərdə görülən genişmiqyaslı birgə işlərin nəticələrini edərək, bunun sayəsində Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın qurulması və inkişaf etdirilməsinin mümkün olduğunu bildiriblər.

Mirzoyan Dekotininin ikitərəfli gündəliyin genişləndirilməsi və Ermənistan-Fransa tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində görülən işlərə şəxsi töhfəsini vurğulayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.