BAKI, 30 iyul. TELEQRAF
1 iyul tarixinə Azərbaycanının dövlət borcu 23.830,6 milyon manat təşkil edib.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ümumi dövlət borcunun 7.848,6 milyon manatı (4.616,8 milyon ABŞ dolları) və ya 32,9 faizi xarici dövlət borcunun, 15.982,0 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşür.