BAKI, 29 iyul. TELEQRAF

Suren Papikyan və Arpine Sərkisyan müvafiq olaraq Ermənistanın müdafiə və daxili işlər nazirləri vəzifələrinə yenidən təyin olunacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Bəli, onlar yenidən təyin olunacaqlar”, - o, jurnalistlərin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Suren Papikyan 2021-ci ildən müdafiə naziri, Arpine Sərkisyan isə 2024-cü ildən daxili işlər naziri vəzifəsində çalışır.