BAKI, 29 iyul. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin yeni parlamentin açılış iclasına dəvət olunması məsələsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

“Katolikos deyəndə kimi nəzərdə tutursunuz? Mən belə bir katolikos tanımıram. Xeyr, qonağın kim olacağını bilmirəm”, - Paşinyan müvafiq suala cavabında qeyd edib.