BAKI, 27 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin VIII çağırış Dövlət Dumasının fəaliyyətini başa vuran deputatları ilə Kremldə keçirdiyi görüşdə Ukraynanın dörd bölgəsini “tarixi Rusiya torpaqları” adlandırıb.
Teleqraf xəbər verir ki, Kreml sahibi bu ərazilərin Rusiyaya birləşdirilməsi məsələsində deputatların yekdil mövqedə olduqlarını bildirib.
“Parlamentarilər həmçinin Rusiyanın və dörd tarixi regionumuzun - Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin (Ukraynanın işğal edilmiş əraziləri – red.) birləşdirilməsi ilə bağlı qanunları qəbul edərkən vahid mövqedən çıxış etdilər”, - Rusiya lideri bildirib.
Putinin əlavə edib ki, həmin ərazilərin Rusiyaya “tamhüquqlu subyektlər kimi inteqrasiyası” təmin olunub.