BAKI, 13 iyul. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) "SİMA Pay" üztanıma ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9 mini keçib.
Teleqraf bu barədə ADY-yə istinadən xəbər verir.
Qeyd edək ki, Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış "SİMA Pay" üztanıma ödəniş sisteminin tətbiqinə mayın 15-dən başlanılıb.
Sistem sərnişinlərə üz tanıma texnologiyası vasitəsilə ödəniş edərək turniketlərdən keçməyə imkan verir.