BAKI, 8 iyul. TELEQRAF
2026-cı ilin I yarısında metro ilə 112 milyon sərnişin daşınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artım deməkdir.
Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, sərnişinlərin 62%-i Qırmızı, 34%-i Yaşıl, 4%-i isə Bənövşəyi xətt üzrə daşınıb.
Stansiyalar arasında ən çox sərnişindaşıma “Koroğlu”da qeydə alınıb - 10 milyon 32 min 772 nəfər.
NFC və QR bilet vasitəsilə ümumilikdə 53 milyon 173 min 812 ödəniş həyata keçirilib. Bu göstərici I yarımildə metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94%-ni təşkil edib.
“Əlçatan metro” xidməti çərçivəsində 1051 sifariş icra olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən istifadə edənlərin sayının 64,5% artdığını göstərir.