BAKI, 10 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb.
ADY-dən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur.
Tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu göstəricinin böyük hissəsini qələvi metallar və metalloidlər, təqribən 8300 tonu isə yeni aktivləşən xam kükürd təşkil edir.