BAKI, 10 iyul. TELEQRAF
2026-cı ilin iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.