BAKI, 10 iyul. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,8% artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 65 milyard 207 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Neft-qaz sektorunda ÜDM-in həcmi 19 610,5 milyon manat, qeyri neft-qaz sektorunda isə 45 milyard 596,5 milyon manat olub. 2026-cı ilin yanvar - iyun aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sektorunda 0,7% azalma, qeyri neft-qaz sektorunda isə 1.5% artım olub.