BAKI, 10 iyul. TELEQRAF
Cari ilin iyulun 1-nə əhalinin nominal gəlirləri 47 milyard 309 milyon manat olub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2026-cı ilin yanvar - ityun aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən 10,3% artıb.
Orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib. 2026-cı ilin yanvar - iyun aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqqları 7.3% artıb.