BAKI, 9 iyul. TELEQRAF
2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) tərəfindən sahibkarlara 3004 layihə üzrə maliyyə dəstəyi göstərilib.
Teleqraf xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıb.
Qeyd edək ki, ABDF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5%-dək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur.