BAKI, 29 iyun. TELEQRAF

İlin sonunadək “Kriptoaktivlər bazarı haqqında” üzrə qanun layihəsi təsdiq ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu barədə qanun layihəsi artıq hazırlanıb və dövlət qurumlarına göndərilib:

“Bunun üçün kamadamız çox gərgin şəkildə çalışdı. Qanun layihəsinin ilin sonunadək qəbul olunacağını gözləyirik”.