BAKI, 24 iyun. TELEQRAF
Sabah Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq.
Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.