BAKI, 24 iyun. TELEQRAF
Bu gün saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, bunun səbəbiö Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləridir.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.
Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.