BAKI, 12 iyun. TELEQRAF
Ötən ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə 74,8 milyon manat xərclənib.
Teleqraf "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir ki, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi, eləcə də tikintisinə 15,2 milyon manat sərf edilib.
İşğaldan azad edilən ərazilərdə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,1 milyon manat, turizm infrastrukturunun yaradılmasına 0,7 milyon manat, digər infrastruktur layihələrinə 2,4 milyon manat sərf edilib. Sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclər 439,5 milyon manat təşkil edib.
Qeyd edək ki, ümumilikdəi işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına 2025-ci ilin dövlət büdcəsindən 4 milyard 454,9 milyon manat vəsait ayrılıb.