BAKI, 4 may. TELEQRAF

Qazaxıstan Yaponiyaya xam neft nəql etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "KazMunayQaz" Milli Şirkətinin rəhbərliyi ilə Yaponiya parlamentinin nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib.

Görüş zamanı tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Qazaxıstan tərəfi yaponiyalı tərəfdaşlarına neft tədarükü ilə yanaşı, ölkədəki bir neçə geoloji kəşfiyyat layihəsində iştirak etməyi də təklif edib.

Qeyd edək ki, hazırda rəsmi Tokio neftə olan tələbatının 90 %-ni Yaxın Şərq ölkələri hesabına ödəyir.