BAKI, 4 may. TELEQRAF

"Bakı Məişət Maşınları" ASC ləğv olunduğunu elan edib.

Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.

Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. "Bakı Məişət Maşınları" Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cəmiyyətin nizamnamə kapitalı isə 4,5 milyon manatdır. ASC universal məişət maşınlarının istehsalı və satışı ilə məşğuldur.

"Bakı Məişət Maşınları" ASC-nin sabiq rəhbəri 2024-cü ilin sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində ilk dəfə deputat seçilən Mircəlil Qasımovdur.