BAKI, 4 may. TELEQRAF
Sabah Neftçala və Hacıqabul rayonlarının bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Neftçala rayonunun Xanməmmədli, Qaçaqkənd, Ramazanlı, Qazaxbərəsi, Mürsəqulu, Dördlər, Xolqaraqaşlı, Xolqarabucaq, Xoltəzəkənd, Qırmızıkənd, Xəzərkəndi kəndlərində, həmçinin Hacıqabul rayonunun Qarasu kəndində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.