BAKI, 3 may. TELEQRAF

2027-ci ildən sonra Azərbaycan qazının Yunanıstan və Şimali Makedoniya arasındakı interkonnektor vasitəsilə Serbiyaya çatdırılması mümkün olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Şimali Makedoniyadakı yeni səfiri Dmitri Zıkov bildirib.

Diplomatın sözlərinə görə, Yunanıstan və Şimali Makedoniya arasındakı qaz interkonnektorunun inşasına 2025-ci ilin iyulunda başlanılıb. Müəyyən olunmuş qrafikə əsasən, infrastrukturun 2027-ci ildə istismara verilməsi planlaşdırılır ki, bu da təbii qazın Bolqarıstan ərazisindən yan keçərək nəql edilməsinə şərait yaradacaq.

Səfir həmçinin qeyd edib ki, hazırda Şimali Makedoniya ilə Serbiya arasında yeni interkonnektorun tikintisi üçün hazırlıq işləri görülür. Bu layihənin reallaşması nəticəsində Azərbaycan qazı birbaşa Serbiya bazarına daxil ola biləcək.