BAKI, 2 may. TELEQRAF

Avropada yeraltı qaz anbarlarına qazın vurulması apreldə ötən ilin eyni dövrü ilə müqayisədə 8% azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Bildirilib ki, ayın yekununda anbarlardakı ehtiyatların səviyyəsi yalnız 33%-ə qədər yüksəlib ki, bu da son beş ilin minimum səviyyəsidir.

Məlumata görə, aprel ayında Avropa anbarlarından qazın çıxarılması 1,7 milyard kubmetr təşkil edib, bu isə illik müqayisədə 10% çoxdur. Eyni zamanda, anbarlara qaz vurulması son iki ilin minimum səviyyəsinə enərək 6,7 milyard kubmetr olub.