BAKI, 16 aprel. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyon 97.94 min ABŞ dolları dəyərində 96 milyon 772.11 min kilovat-saat elektrik enerjisi ixrac edilib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 79.12%, həcmi isə 78.02% azalıb.
Azərbaycanın qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 0.59% təşkil edib.