BAKI, 13 aprel. TELEQRAF
Özbəkistan və Rusiya 2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini dəfələrlə artırmalıdır.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın hökumətinin sədri Mixail Mişustin iki ölkənin hökumət başçıları səviyyəsində Birgə Komissiyanın iclasında bildirib.
O qeyd edib ki, 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 12,5% artıb və hazırda təqribən bir trilyon rubla yaxınlaşıb.