BAKI, 13 mart. TELEQRAF
Azərbaycan–Çin münasibətləri qarşılıqlı təcrübə və əməkdaşlıq üzərində qurulub.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, Azərbaycan həmçinin Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaş ölkə kimi iştirak edir:
“Prezident Si Cinpin tərəfindən irəli sürülmüş anti-nüvə təşəbbüsü də mövcuddur və Azərbaycan bu təşəbbüsü dəstəkləyir. Bir çoxumuz üçün əsas və mühüm çağırışlardan biri, beynəlxalq hüquq məsələsidir. Azərbaycan beynəlxalq hüquqa əməl edilməməsinin nə demək olduğunu çox yaxşı bilən ölkədir. Tarix boyu ölkə beynəlxalq hüququn pozulmasından birbaşa əziyyət çəkib. Əslində məsələ çox vaxt prinsiplərin mövcudluğunda deyil, onların necə tətbiq edilməsindədir”.