BAKI, 10 mart. TELEQRAF
2026-cı ilin yanvar ayında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 3221,4 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6% artaraq 1781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8% artaraq 1439,6 milyon manat olub. 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6% azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7% artıb. İstehlak məhsullarının 33,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 58%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4%-i isə paytaxtın əmtəə bazarlarında satılıb.