BAKI, 10 mart. TELEQRAF

2026-cı ilin yanvar ayında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10% artaraq 117,7 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 77,9%-ni təşkil edib.