BAKI, 10 mart. TELEQRAF
2026-cı ilin yanvar ayında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 739,7 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici real ifadədə 9,7% artıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 86,1%-ni təşkil edib.