BAKI, 9 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin artmasını ölkənin və dünyanın təhlükəsizliyi naminə kiçik qiymət adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Tramp bildirib ki, qiymət artımı qısamüddətli olacaq və İranın nüvə təhlükəsi aradan qaldırıldıqdan sonra neftin qiyməti sürətlə aşağı düşəcək.

“İran tərəfindən yaranan nüvə təhlükəsi aradan qaldırıldıqdan sonra tezliklə enəcək neft qiymətlərinin qısamüddətli artımı ABŞ və bütün dünyanın təhlükəsizliyi üçün kiçik qiymətdir”, - deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Londonun ICE birjasında Brent markalı neftin qiyməti demək olar ki, 20 faiz artaraq bir barel üçün 111 dolları ötüb. Bu, 2022-ci il iyulun 5-dən bəri ilk belə göstəricidir.