BAKI, 27 yanvar. TELEQRAF

Hindistan Rusiya nefti idxalını təxminən 28% azalıb.

Teleqraf xəbər verir ki, bunu Hindistanın neft naziri Hardip Singh Puri bildirib.

Onun sözlərinə görə, bu azalmanın səbəbi yeni tədarük mənbələrinin ortaya çıxmasıdır:

"Hindistan hazırda 41 ölkədən neft alır, əvvəllər isə bu rəqəm 27 idi. Dünya üzrə üçüncü ən böyük neft idxalçısı olan Hindistan enerji ticarətini Kanada və ABŞ ilə artırmaq istəyir. Hazırda ölkə ABŞ-dən ildə 15 milyard dollar dəyərində enerji idxal edir, eyni zamanda Kanada Hindistana böyük enerji tədarükçüsü ola bilər. Bununla bağlı Hindistan və Kanada arasında hökumətlərarası enerji dialoqu başlanıb".