BAKI, 15 dekabr. TELEQRAF

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki, iclasda Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə edilib.

Bildirilib ki, Rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.

Müzakirələrin nəticəsində Rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin “Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi” müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə olan cari məsələlərə baxılıb.