BAKI, 6 noyabr. TELEQRAF
2026-cı ildə hesablanmış faizlər, maliyyə sanksiyaları və s. üzrə daxilolmaların 32 milyon manat məbləğində olması ehtimal edilir ki, bu da əvvəlki ilin gözlənilən göstəricisinə nisbətən 2 milyon manat və ya 6,67 faiz çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanunda qeyd olunub.
Qeyd edək ki, Dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat, gəlirləri 8 323 100 000,0 manat təsdiqlənib.