BAKI, 6 noyabr. TELEQRAF

2025-ci ilin üçüncü rübü ərzində Azəri-Çıraq-Günəşlidən ümumi hasilat (Çıraq (21 000), Mərkəzi Azəri (88 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (52 000), Qərbi Çıraq (24 000) və ACE (24 000) platformalarından birlikdə) gündəlik orta hesabla 327 min barel və ya ümumilikdə təxminən 89 milyon barel, yəni 12 milyon ton olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hasilat 7,7 faiz azalıb. Həmin dövrdə gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton təşkil edirdi.

Teleqraf xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan"nın üçüncü rüb üzrə yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, indiyədək bu platformadan ümumilikdə 1,2 milyard barrel (155 milyon ton) neft hasil edilib.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilat quyusu, 48 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).