BAKI, 6 noyabr. TELEQRAF

Ötən dövr ərzində özəl qeyri-neft sektoru üzrə qeydə alınan müqavilələrin sayı 90%-ə qədər artıb. Vergi güzəştinin başlandığı dövrdə müqavilələrin sayı 540 min idi. Artıq 1 oktyabr vəziyyətinə bunların sayı 1 milyon 20 minə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin komitələrinin birgə iclasında deyib.

"Güzəştlərin müddətli əsaslarla tətbiq olunmasını, müddətin bitdiyi dövrdə onun iqtisadiyyata verdiyi effektin qiymətləndirilməsi, növbəti dövrdə bunun davam etdirilməsi daimi gündəmdədir. Biz hesab edirik ki, güzəştlər daimi ola bilməz.

Təklif etdiyimiz 3 illik mərhələli keçid kifayət qədər yumşaq keçiddir. Bu, sahibkarlıq sahəsinə kifayət qədər dəstək olacaq. Biz qanunvericilikdə əsasən stimullaşdırıcı amillərə daha çox diqqət yetiririk", - deyə qeyd edib.