BAKI, 4 noyabr. TELEQRAF
Növbəti il üçün dövlət büdcəsinin vəsaiti hesabına 8 məqsədli proqram üzrə 4 milyard 173,5 milyon manat (2025-ci illə müqayisədə 2 milyard 479,6 mln. manat az) maliyyələşdirilmə nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə görə, ən böyük pay - 3,5 milyard manat "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına düşüb. Ən kiçik pay isə 100 min manat "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na nəzərdə tutulub.
Əlavə olaraq, Səhiyyə Nazirliyinin "2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrasına 34,8 milyon manat pay ayrılması nəzərdə tutulub.