BAKI, 16 oktyabr. TELEQRAF
Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2026-2029-cu illər üzrə 65 ABŞ dolları/barrel, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi"ndə məlumat verilib.
Məlumata görə, 2029-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2026- cı ilin göstəricisi ilə müqayisədə 9,0 faiz bənd artaraq 66,4 faiz, mütləq ifadədə isə 20,1 faiz artaraq 26,6 milyard manat təşkil edəcək.
Sənəddə o da qeyd edilir ki, qlobal neft-qaz bazarındakı proqnozlar nəzərə alınmaqla, 2026-2029-cu illər üçün ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsi parametrləri xam neft və təbii qaz hasilatı, Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsindən gözlənilən gəlirlilik və müxtəlif qiymət ssenariləri əsasında hazırlanıb. Xam neftin ortamüddətli dövrdə dünya bazarında orta satış qiyməti baza ssenaridə 65, optimist ssenaridə 75, pessimist ssenarilər 55 dollar müəyyən edilib. Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin transferti istisna olmaqla neft-qaz gəlirlərinin 2026-cı ildə baza ssenariyə nəzərən digər ssenarilərdə təxminən 200 milyon manat dəyişiklik olacağı gözlənilir.