BAKI, 15 oktyabr. TELEQRAF
Ölkədə açılacaq 3600 kvadratmetrlik reabilitasiya mərkəzinin “Yeni Klinika”da olacağı planlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev bu gün Bakıda keçirilən II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Yaxın zamanda istifadəyə veriləcək yeni klinikada strok, reabilitasiya və fizioterapiya mərkəzləri fəaliyyət göstərəcək. Burada robotik texnologiyalara əsaslanan müalicə üsulları tətbiq olunacaq və bu mərkəz Qafqaz regionunda bu miqyasda ilk olacaq", - deyə o qeyd edib.