BAKI, 1 oktyabr. TELEQRAF

Avqustda banklar vasitəsilə Azərbaycana 271,3 min əməliyyat üzrə ümumilikdə 163,6 milyon manat məbləğində pul köçürülüb.

Teleqraf Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni ayı ilə müqayisədə 13,9 faiz artıb.

Hesabata əsasən, ötən ay Azərbaycandan xaricə 65,1 min əməliyyat üzrə 38,2 milyon manat həcmində pul transferi həyata keçirilib ki, bu da əvvəlki ilin avqust ayına nisbətən 12,2 faiz azalma deməkdir.