BAKI, 23 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətin təhvil verilməsi başa çatdıqdan sonra Macarıstanın yeni Baş nazir Peter Madyarla görüşməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, dövlət başçısı bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Peter Madyarı qələbəsi münasibətilə təbrik etmişəm. Yaxşı qonşularımızın olmasını istəyirəm. Bunu və Macarıstan xalqını dəstəkləyirəm. Macarıstan xalqı ilə ukraynalılar arasında gözəl, güclü, yaxşı, qarşılıqlı faydalı münasibətlərin olmasını istəyirəm, bunun üçün hər şeyi edəcəyik. Fürsət yaranan kimi Macarıstanın yeni Baş naziri ilə görüşəcəyik”, - Zelenski qeyd edib.