BAKI, 23 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukrayna üçün 90 milyard avroluq kreditin ayrılmasına və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbuluna yaşıl işıq yandıraraq mövcud çıxılmaz vəziyyətə son qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sosial media hesabında paylaşım edib.
K.Kallas qeyd edib ki, Rusiyanın hərbi iqtisadiyyatı artan təzyiq altındadır, Ukrayna isə əhəmiyyətli dərəcədə dəstək alır:
"Biz Ukraynanı öz mövqelərini qoruması üçün lazım olan hər şeylə təmin edəcəyik. Bu, Putin (Rusiya Prezidenti-red.) müharibəsinin heç bir yerə aparmadığını anlayana qədər davam edəcək".