BAKI, 1 oktyabr. TELEQRAF

2025-ci ilin sentyabrında İstanbulda İstehlak Qiymətləri İndeksi aylıq 3,19% artıb.

Teleqraf xəbər verir ki, bu istiqamətdə əvvəlki göstərici 1,84% səviyyəsində olub.

Palatanın məlumatına görə, sentyabrda ən yüksək artım 24,26%-lə təhsil xərcləri qrupunda qeydə alınıb.

Ümumilikdə, sentyabrda İstanbulda pərakəndə qiymətlərdə illik inflyasiya 40,75%, aylıq isə 3,19% təşkil edib.