BAKI, 1 oktyabr. TELEQRAF

Ciovanni Kristofoli bu gündən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti vəzifəsində fəaliyyətinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "BP Azerbaijan" məlumat yayıb.

Cio BP-də 24 illik təcrübəyə malikdir və bu müddət ərzində texniki həllər, əməliyyatlar və iri layihələr sahəsində bir sıra rəhbər vəzifələrdə çalışıb.

O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək və şirkətin regionda təhlükəsiz və səmərəli enerji təminatına olan öhdəliyini davam etdirəcək.

"Fürsətdən istifadə edərək son 8 ildə regiondakı biznesimizə uğurla rəhbərlik etmiş Qəri Counza dərin minnətdarlığımızı bildiririk! Qərinin rəhbərliyi dövründə BP regionda bir sıra mühüm uğurlara imza atıb və tərəfdaşlıqlarını daha da gücləndirib," - məlumatda qeyd edilib.