BAKI, 30 sentyabr. TELEQRAF

Naxçıvanda bu il iqlim dəyişmələri nəticəsində su ehtiyatlarının kəskin azalması müşahidə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu risklərə gətirib çıxardır:

“Bununla əlaqədar təbii ki, operativ qərarlar qəbul edilib və xüsusi layihələr işlənir. Növbət ildə inşaat, tikinti və quraşdırma işlərinə başlanacaq”.