BAKI, 30 sentyabr. TELEQRAF
Bu günədək artıq 16 mindən çox qeyri-yaşayış obyekti tam bəlli prosedurlarla, elektron sistemlər vasitəsilə çox şəffaf şəkildə sənədləşdirilib və həm müvafiq sənədlərlə, həm də kommunal xidmətlərlə təmin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, qeyri-qanuni tikililərlə bağlı sistemli tədbirlər həyata keçirilir:
“Artıq bir neçə ildir ki, Bakıda inşa edilən qeyri-yaşayış sahələrinin sənədləşməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşmiş qaydada iş aparılır. Düşünürəm ki, yaşayış evləri ilə bağlı bu istiqamətdə müəyyən layihələr həyata keçiriləcək. Bu məsələ daimi gündəmdədir”.