BAKI, 30 sentyabr. TELEQRAF
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə daxil olmuş 8245 müraciətin 1738-i (38%) ləğv olunub, 2872-si (62%) isə investisiyaya yönləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə keçirdiyi tədbir zamanı ADSEA-nın Texniki şərtlərin hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi deyib.
O bildirib ki, ləğv olunan müraciətlərin 1221-i (71%) məişət, 517-si (29%) qeyri-əhali üzrə qeydə alınıb. İnvestisiyaya yönləndirilən müraciətlərin isə 230-u (8%) qeyri-əhali, 2642-si (92%) isə məişət üzrə olub.