BAKI, 27 sentyabr. TELEQRAF

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyon 258.96 min ABŞ dollar dəyərində dənli bitkilər ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6.5 dəfə çoxdur.

Hesabat dövründə ölkəyə 223 milyon 313.22 min manatlıq dənli bitkilər idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.49% faiz artım deməkdir.

Qeyd edək ki, cari ilin 8 ayında dənli bitkilərin ixracı ümumi ixracın 0,01%-ni, idxal isə ümumi idxalın 1.48%-ni təşkil edib.